Samir Əliyev: “Mərkəzi Bankın valyuta ehtiyatı psixoloji həddi keçib”

Mərkəzi Bankın valyuta ehtiyatı dekabr ayında psixoloji həddi keçib və 3 milyard 974,4 milyon dollara düşüb. Azalma 0,9 faiz olub. Bu barədə iqtisadçı Samir Əliyev Hurriyyet.org-a açıqlamasında bildirib: “Bununla da Bankın ehtiyatlı 9 illik minimum həddə düşüb. Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub. Ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır. Ötən il dekabrda avro dollara nisbətən 0,9 faiz, ingilis funtu isə 1,5 faiz ucuzlaşıb”.

Ekspert onu da diqqətə çatdırdı ki, Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib: “Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox, Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq”.

Şamo
Hurriyyet.org

13:21