İrəvan qapısı sadəcə daşdan tikilmiş memarlıq abidələri olmayıb. İrəvan qapısı Şuşanın tarixinin, yaddaşının və kimliyinin bir parçası olub.
Təəssüf ki, Şuşanı işğal edən rus imperiya ordusu şəhərin tarixi simvollarına da öz münasibətini göstərmişdilər.
İrəvan Qapısının dağıdıldığı, onun yerində hərbi zastava yaradıldığı və qapının tarixi adının əvəzinə “Zastava” adının işlədilməsinin məcbur edildiyi bildirilir.
Beləliklə, əvvəlcə qapı dağıdıldı, sonra adı yaddaşlardan silinməyə çalışıldı.
Bu, sadəcə bir tikilinin məhv edilməsi deyildi. Bu, tarixi yaddaşa qarşı münasibətin ifadəsi idi.
Sovet dövründə Şuşanın qərb qapısının tarixi adı olan “İrəvan Qapısı”nı mətbuatda və rəsmi yazılarda işlətmək qadağan idi. Şərq qapımızın adı olan “Gəncə Qapısı” da eyni münasibətlə üzləşirdi…
Allah böyük sənətkarımız Firudin Şuşalıya (Şuşinskiyə) qəni-qəni rəhmət eləsin. O, sovet dövrünün ağır illərində televiziya ekranından Şuşanın tarixi qapılarından danışmağa cəsarət etmişdi. Bu gün bizə adi görünən bir həqiqəti o zaman efirdə söyləmək üçün böyük milli qeyrət və cəsarət tələb edirdi.
Bu gün isə bizim borcumuz başqadır: unudulmuş və saxtalaşdırılmış tarixi adlarımızı yenidən bərpa etib özünə qaytarmaq, yaddaşı düzəltmək və tariximizi göz bəbəyi kimi qorumaqdır.
Hələlik İrəvana əlimiz çatmaya bilər, amma Qarabağdakı tarixi adlarımızı bərpa etməyə yaşatmağa kim bizə mane olur?
Məsələn, Füzuli şəhərinin əvvəlki adının “Qarabulaq” olması ilə bağlı mənbələrdə kifayət qədər məlumatlar var. Əgər bu ad həmin əraziyə aiddirsə və sənədlərlə təsdiqlənirsə, onu niyə yaşatmayaq?
Burada söhbət böyük şairimiz Məhəmməd Füzulinin adını kiçiltməkdən getmir. Füzulinin adı məktəblərdə, kitabxanalarda, küçələrdə, parklarda və xiyabanlarda əbədi yaşada bilərik.
Amma Qarabulaq da öz qədim adı ilə yaddaşımızda yaşaya bilər.
Çünki toponim sadəcə ad deyil. Toponim xalqın yaddaşıdır. Bir kəndin, bir şəhərin, bir dağın, bir çayın adı bəzən minillik tarixi özündə yaşadır.
Biz bu adları unutduqca, tariximizin bir hissəsini də itiririk.
Əgər dünən başqaları bizim tarixi adlarımızı dəyişdirirdisə, bu gün biz öz laqeydliyimizlə həmin prosesi davam etdirməməliyik.
Torpağı işğaldan azad etmək böyük qələbədir.
Amma torpağın yaddaşını da azad etmək bizim milli borcumuzdur.
Salam, İrəvan Qapısı!
Səni dağıtdılar, amma adını öldürə bilmədilər.
Sənin yerində zastava qurdular, adını dəyişməyə çalışdılar, amma Şuşanın və Şuşalıların yaddaşından səni silə bilmədilər.
İndi isə bizə düşən iş bu yaddaşı yaşatmaqdır.
Qoy Şuşanın qapıları yenidən bərpa olunub öz adları ilə çağırılsın.
Qoy Qarabağın kəndləri, şəhərləri, dağları və çayları tarixdə hansı adla tanınıbsa, o adlar da yaşasın.
Çünki torpağın adı dəyişəndə yalnız xəritə dəyişmir - xalqın yaddaşıda dəyişir…
Biz isə yaddaşımızı heç kimə və heç nəyə qurban verməməliyik!
İnanıram bir gün İrəvan Qapısı öz yerində bərpa ediləcək, Şuşamız nəyinki Azərbaycanın, hətta dünyanın ən turistik guşəsinə çevriləcək…
SALAM, İRƏVAN QAPISI! SALAM, QIZIL QAYA!
Salam, Şuşanın İrəvan Qapısı!
Salam, Gəncə Qapısı!
Salam, Qızıl Qaya!

Elman Mustafazade
Xudaferin.eu
14:08