Salam ay Şuşa sevərlər!..

Yəqin eşitməmiş olmazsınız... 

Şuşa ermən-rus birlikləri tərəfindən işğal olunana kimi şuşalıların qışda ən sevimli idman növü buz üstündə konki, lıj və xizək sürmək olardı…

Bu gün işğaldan öncə Şuşada doğulub böyümüş və sağ qalan elə bir şuşalı tapa bilməzsiniz ki, buz üstündə konki sürə bilməsin.

Qışda Şuşada gənclər xizək, konki və lıjla “Qizil Qaya”nin yanindan düz Gəncə qapısına kimi sürüşərdilər.

Şuşada buz üstündə sürüşmək üçün xüsusi meydança və bir sürüş arenası yox iki. Buna baxmayaraq inanın Şuşada konki ilə elə möcüzələr göstərən gənclər olurdu ki, peşəkar fiqurlulu konkisürənlər belə bəlkə də bunu bacarmazdılar...

Hər qış gələndə deyərdilər gələn qış Şuşada buz üstündə sürüşmə meydanı tikəcəklər... Ilk dəfə belə "meydança tikiləcəyi" xəbəri eşidəndə 7 yaşım vardı...Elə xəbər olaraq qaldı…

Şuşada söz olaraq qalan sürüş meydançasın Bakı, hayların xatirinə Xankəndində inşa etdi...

Qəribədi konki Xankəndində dükanlarda satışda olardı, Şuşada isə konkilər ustalar tərəfindən qustar üsülu ilə düzəldilərdi...

Şuşada həmişə uşaqlar qışı həsrətlə, xizək mövsümün gözləyirdilər... 

Ümumiyyətcə şuşalılar Şuşanın qışın yayından daha çox sevərdilər. Qışda gəlmələr gedərdi, şəhərdə yalnız yerlilər qalardı və şəhərdə bir çal-çağır olardı...

Çox qəribədir Şuşada qışda başaçıq, yüngül geyimdə belə gəzirdik, bir xəstələnən olmazdı...

Ölkə rəhbəri sağ olsun tez-tez Şuşada olur, çox sevindiricidir ki, bir-birindən vacib obyektlərin təməlinin qoyur və gələcək layihələrdən söhnət acır...

Kaş Allahın altinda Ölkə Rəhbəri bir dəfə bəyan edəydi ki: "Biz yaxın vaxtlarda Şuşada qapalı və açıq buz üstündə sürüşmə arenası inşa edəcəyik."

Arzuya bax sevgilim...

Bunu Prezidentin yadına salmaq üçün yanında və ya Şuşanın bərpasında heç olmasa bir şuşalı olması əla olardı...

.... söylə!!!....ürəyincəmi?...

Azərbaycan Prezidentinə söz demək və ya məsləhət vermək üçün gərək qurd ürəyi yeyərsən...

Yaltaqlığın tüğyan etdiyi bir sistemdə rəhbərə məsləhət vermək üçün gərək kəfəni özünlə götürəsən...

Halbuki belə bir arena inşa etsək, gələcəkdə buz üstə konki sürmək üzrə beynəlxalq yarışlara Şuşa ev sahibliyi edə bilər... Belə bir arenanı Laçında da inşa etmək olar...

Ümid edəkki bir Allah bəndəsi tapılıb bu ideyanı Ölkə Rəhbərinin yadına salar… Ölkə rəhbəri belə bir arena tikilməsinə söz versə, hamı bilirki dediyin eliyəndi…

Hər halda ümid edəyin ki, kimsə onun yadına salmaqda özündə cəsarət tapacaq…

Hər halda ümid edək və imid isə sonda ölür...

Elman Mustafazade 
Amsterdam, Niderland Krallığı

Xudaferin.eu

17:14