Şairin əsərlərinin ikicildliyi işıq üzü görüb

 

 

Şair, publisist, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsalın seçilmiş əsərlərinin yer aldığı ikicildlik toplu işıq üzü görüb.

Müəllif toplunun nəşri barəsində çoxdan düşündüyünü və bu cür sistemli nəşrin ərsəyə gəlməsi üçün uzun illər əmək sərf etdiyini bildirib. Toplu ümumilikdə 13 bölmədən ibarətdir. Birinci cilddə bütövlükdə şairin Vətənə, yurda, millətə, insana, xalqımızın zəngin mənəvi dəyərlərinə həsr edilmiş şeirləri, ikinci cilddə isə şeirlərlə yanaşı, müxtəlif illərdə qələmə alınmış üç poema (“Ağ dədə”, “Ana gözləri” və “Prometeyin son günü”) və on altı esse yer alıb. Qeyd edək ki, kitabın təqdimatı iyunun 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək.

Xudaferin.eu

11:04