Sahibə Qafarova: Prezident İlham Əliyev Azərbaycanın rifahı üçün gördüyü işlərlə xalqımızın dərin rəğbətini qazanıb

Prezident İlham Əliyev Azərbaycanın rifahı üçün gördüyü işlərlə xalqımızın dərin rəğbətini qazanıb.

Son 20 ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində böyük uğurlara və misilsiz nailiyyətlərə imza atılıb.

AZƏRTAC xəbər verir ki, bunu İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən xüsusi iclasda Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.

Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Sahibə Qafarova ölkəmizin bütün sahələrdə böyük inkişaf yolunu keçdiyini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə insan kapitalının inkişafı diqqətdə saxlanılır. Ölkəmizdə inklüziv cəmiyyət formalaşıb. Milli həmrəyliyin gücləndirilməsi, dünya azərbaycanlılarının hüquqlarının qorunması dövlətimizin prioritetlərdəndir.

Xudaferin.eu

17:00