Sabiq deputatın bankı vətəndaşlara fırıldaq gəlib

 

Sabiq deputatın bankı vətəndaşlara fırıldaq gəlib“Muğanbank” vətəndaşların əmanətlərini mənimsəyib

Maliyyə sektoru son illər əhalinin hüquqlarının ən çox pozulduğu sahəyə çevrilib.Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin.Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Öhdəliyin yerinə yetirilməsi bir az qəlizləşəndə maliyyə qurumları qabağa düşərək problemi öz xeyirlərinə həll edirlər. Müştəri isə hüququ pozulmuş halda qalır. Mövcud durumda insanların ən çox şikayət etdiyi sahə bank sektorudur. Ölkədə daha bir bank etimadını itirib. Bu günlərdə “Muğanbank” ASC ilə bağlı problem yaşanıb. Bir qrup sakin "Muğanbank" ASC-dən Baş prokuror Zakir Qaralova müraciət edib. Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun təqdim etdiyi şikayət ərizəsində qeyd olunur ki, "Muğanbank" ASC onlara məxsus 183 700 ABŞ dollarını mənimsəyib. Müraciətdə bildirilir ki, 2016-cı ildə fərqli tarixlər olmaqla "Muğanbank" ASC-nin "Dostluq" filialına Məmmədov Abbas Dilsuz oğlu 70.000 ABŞ dolları, Eyvazov Vüqar Xəlil oğlu 68.700 ABŞ dolları və İsmixanov Eldar Vəlixan oğlu 45.000 ABŞ dolları məbləğində əmanət qismində pul vəsaiti qoyublar. Şikayətçilər həmin pulları xəzinədə işləyən Azad Əliyev adlı bir şəxsə təhvil veriblər. Həmin vaxt filialın müdiri və digər vəzifəli şəxsləri də orada olub. Eyni zamanda xəzinədə və filial binasında olan kameralar da bütün bu əməliyyatları qeydə alıb. Lakin sonradan həmin vətəndaşların pulları bank tərəfindən mənimsənilib. Belə ki, onların banka verdikləri pullar yoxa çıxıb.
İqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırda həm “Muğanbank”, həm digər banklarda vəziyyət çox ağırdır: “Əmanətləri bir qaydada verirlər. Ona görə də min cür oyuna əl atırlar. Ehtimal edirəm ki, “Muğanbank”da da belə bir oyundan söhbət gedir. Yəni əmanəti qəbul edib indi isə qaytarmaq istəmir.Başqa banklar haqqında əmanətlərin geri qaytarılmaması haqda eşitmişəm.Ola bilər doğrudan da bankın işçisi vətəndaşdan pulu götürüb, amma bankın kassasına mədaxil etməyib. Yəni müqavilə imzalanıb, vətəndaşdan pul alınıb və banka daxil edilməyib. Bunun vətəndaşa heç bir halda aidiyatı yoxdur.Çünki vətəndaş bankın binasına daxil olubsa, kimin pulu ilə müqavilə bağlamağa, kimin pulu ilə əmanət götürməyə səlahiyyəti var və yoxdur.Vətəndaş görür ki, onunla müqavilə bağlanır, imzalanır, möhür vurulur, hesab edir ki, əmanət ondan götürülüb.Bu artıq bankın məsuliyyətidir ki, daxildə gedən nəzarət sistemini yaratmalıdır ki, işçiləri belə əməllərə yol verməsinlər. Bundan əlavə müşahidə kameraları filan da var. Necə ola bilər? Mən banka girdim, pul verdim, müqavilə bağladım, amma əməkdaş öz bankını aldatdı. “O aldatdı” məsələsi artıq bankın öz problemidir. Bu məsələni də özü həll etməlidir.Mən vətəndaş olaraq bilə bilmərəm ki, o əməkdaşın səlahiyyəti var, ya yoxdur.Bu ona bənzəyir ki, mağazaya daxil oldu, istədiyini aldı və satıcı ondan pulu götürdü. Sabah həmin mağaza onu məhkəməyə verir və deyir ki, mənim satıcımın səlahiyyəti yox idi, o sadəcə pulu ala bilər. Vətəndaş həmin mağazanın daxili qaydasının necə qurulduğunu haradan bilsin?”

Ekspert qeyd edib ki, hətta ehtimal olunsa ki, bank rəhbərinin həqiqətən də bu əmanətlərdən xəbəri yoxdur, işçiləri onu aldadıbsa belə o yenə də bankın məsuliyyətidir: “Vətəndaşın əmanətini qaytarmalıdır. Artıq öz növbəsində cinayətə yol vermiş həmin o işçilərdən o pulu bank sonra tələb edə bilər.Əslində “Muğanbank”la bağlı ilk dəfədir belə bir olay eşidirəm.Başqa banklar haqqında buna bənzər olaylar yaşanıb.Hər bir halda bu bankın vəziyyəti ağırdır.Yəni maliyyə hesabatlarını da xeyli müddətdir ki, gizlədir”.

Cebhe.info

 

05:42