Sabahki Qələbə pararadına Dövlət bayrağını meydana kim gətirəcək?

Sabahkı Qələbə pararadına bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə, bir az öncə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirəcək.

Bu sözləri www.xudaferin.eu ye, paradın aparıcı, Azadlıq meydanında keçiriləcək möhtəşəm tədbirin ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani deyib.

Bu gün uzun illər qürbət həyatımızda ilk dəfə olaraq bütün ailəmiz sevinc içindədir.
Hem Qarabagımız Azad olub və həmçinin bu azadlıqda bütün Azərbaycanımızın fəxri və mənim doğmam Zaur Məmmədov kimi oğulların da qəhrəmanlıqları var.

Yaşasın  Azərbaycan əsgəri !
 Yaşasın Ali Baş Komandan !
Qarabağ Azərbaycandır !

Xudaferin.eu

00:10