Saakaşvili Ukraynada hakimiyyət uğrunda mübarizəyə başladı

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün “Facebook” səhifəsində Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib.

“Bu gün bütün Ukraynadan təşəbbüs qruplarının yüzə yaxın təmsilçisi bizim ofisə toplanmışdı. Görüşümüz Ukrayna Təhlükəsizlik İdarəsinin müşahidəsi altında keçirilsə də, hamıda belə bir hiss vardı ki, biz vacib bir yeniliyin başlanğıcındayıq və köhnə siyasi klanlar bunu dayandıra bilməz. Biz Ukraynanın bütün regionlarında işə start vermişik”, - Mixail Saakaşvili yazıb. O, tərəfdarlarını noyabrın 27-də Kiyevin mərkəzinə “açıq Rada”ya toplaşmağa dəvət edib. “Biz ölkədə hakimiyyətin köklü dəyişikliklərinəı başlayırıq!” – Saakaşvili qeyd edib.
Qeyd edək ki, Mixail Saakaşvili Ukraynada tamamilə rüşvətxorluğun və korrupsiyanın kökünün kəsilməsi üçün Odessa vilayətində qubernator işlədiyi dönəmdə çox böyük uğurlar əldə etmişdir. İndi bu prosesin tamamilə Ukrayna boyunca prosesə çevrilməsi uçun hərəkətə keçmişdir.

Xudaferin.eu  

11:15