Saakaşvili Poroşenkonu «işə buraxmayacağı ilə hədələdi» - Xalqı Maydana çıxmağa çağırdı

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, dekabrın 10-da Müstəqillik meydanında mitinq keçirmək niyyətindədir. Mitinqdə impicment barədə qanunun qəbulu tələb olunacaq.

Məlumatla görə, bazar günü Saakaşvilinin təşkilatçılığı ilə Kiyevdə Poroşenkoya impicment tələbi ilə yürüş keçirilib və sonda Avropa meydanında mitinqlə başa çatıb. Polisin məlumatına görə, tədbirdə 2,5 min insan iştirak edib.

«Gələn bazar günü hamıya Maydana toplaşmağı təklif edirəm – hamımız birlikdə.Biz, yüz minlərlə olacağıq – milyonlarla Ukraynalı…» – deyə, Saakaşvili bəyan edib.

Şəhərin mərkəzi meydanında o, fəallarla birlikdə mitinqçilərin bütün tələblərinə əməl edilməsinə nail olmağı planlaşdırr. Tələblər arasında impicment haqqında qanunun qəbul u da var. «Biz soruşacağıq: Siz (Ali Rada deputatları – red.) bu həftə də heç nə etmədiniz? Biz, burada dayanmışıq, yerimizdən tərpənəsi deyilik, biz yuxarı (Poroşenkonun administrasiyasına – red.) qalxacağıq və prezidenti bir də iş yerinə buraxmayacağıq» - Saakaşvili bəyan edib.

Xudaferin.eu

Ukrayna, "Kiyev Bürosu"

11:12