Saakaşvili çadıra köçdü - Etirazçılarla bir yerdə yaşayacaq

 

Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili yaşamaq üçün etiraçıların Kiyev şəhərində qurduğu çadır şəhərciyinə köçüb.

Bu barədə Saakaşvilinin tərəfdarları facebookda canlı yayımla bəyan ediblər. Qeyd olunub ki, Mixail Saakaşvilinin ən yaxın adamları həbs olunduğuna görə onun həyatı üçün təhlükə ola bilər. Buna görə də keçmiş prezident ən təhlükəsiz yer kimi tərəfdarlarının qurduğu çadırlara üz tutub. O, bu gündən etibarən çadırlardan birində yaşayacaq.

Məlumat üçün bildirək ki, Ukraynanın baş prokuroru Yuriy Lutsenko bu gün Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edildiyini açıqlayıb. O bildirib ki, Ukraynanın Saakaşvili ekstradisiya etmək hüququ var.

Qeyd edək ki, bir neçə gündür Ukraynada Ali Radanın qarşısında etiraz aksiyaları keçirilir. Onlar sözügedən məkanda çadırlar qurub, orada gecələyirlər. Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər. O da bəllidir ki, mövcud iqtidar Ukrayna xalqının etimadını doğrultmayıbdır və ölkədə korrupsiya halları daha da inkişaf edib. Bu öz növbəsində əhalinin haqlı narazılığına səbəb olubdur. Mixail Saakaşvilinin  liderliyində müxalifət məhz bu faktoru əsas götürərək hakimiyyətin istefa verməsini irəli sürübdür.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

09:44