Rusiyanın Suriyadakı hərbi bazasına hücum zamanı azı 7 hərbi təyyarə məhv edilib
Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.
“Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi. //APA

18:13
Digər xəbərlər