RUSİYALI MƏMURLARIN AZƏRBAYCANA QARŞI SİYASİ TƏXRİBATLARI DAVAM EDİR....

Son aylar Azərbaycanla Rusiya arasında formalaşmış mürəkkəb və ziddiyyətli münasibətlər fonunda Xankəndidə baş vermiş hadisə iki ölkə arasında yeni gərginliyin yaranmasına səbəb olub.
Söhbət, Azərbaycan tərəfinin razılığı olmadan ; erməni əsilli rəssam -- İvan Ayvazovskinin ( Hovanes Ayvasyan ) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan ərazisində – Xankəndidə quraşdırılmasından və sonradan onun sökülməsi fonunda Rusiya rəsmilərinin verdiyi açıqlamalardan gedir.
Bu hadisə təkcə mədəniyyət müstəvisində yox ; həm də dövlətlərin qarşılıqlı suverenlik münasibətləri kontekstində ciddi suallar doğurur.
Bu təxribatla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki :
1.) 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək ; Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik -- Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.
2.) Rusiya tərəfi bilməlidir ki, onların rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçıların qondarma rejimi tərəfindən istifadə olunan adlarla qeyd olunması yolverilməzdir.
3.) Ayvazovskinin büstünün icazəsiz şəkildə ucaldılması Azərbaycanın daxili işlərinə müdaxilə idi.
4.) Bu , Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən açıq hörmətsizlik aktı idi.
Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə nümayəndəsi -- Mixail Şvıdkoyun məsələ ilə bağlı səsləndirdiyi fikirlər, onun bir müddətdir sərgilədiyi anti-Azərbaycan mövqeyinin davamıdır. Şvıdkoyun “Azərbaycan Rusiya mədəniyyətini ləğv edir” iddiası həm reallıqdan uzaqdır, həm də təxribat xarakteri daşıyır.
-- Azərbaycanda rus məktəblərinin, rus teatrlarının və rus dilində nəşrlərin mövcudluğu fonunda bu iddia absurd və gülünc görünür.
-- Əksinə, Rusiyada Azərbaycan mədəniyyətinə və dilinə münasibətdə açıq-aşkar soyuqluq və saymamazlıq müşahidə olunur.
-- Bu disparitet faktlarla sübuta yetirilə biləcək reallıqdır.
Hadisəni daha da alovlandıran isə "TASS" informasiya agentliyinin Xankəndini “Stepanakert” kimi təqdim etməsi oldu. Rusiya dövlət agentliyi tərəfindən bu cür təhrifə yol verilməsi ; yalnız texniki səhv sayıla bilməz. Bu, hərəkətlər çox ciddi ; hədə xarakterli siyasi mesaj daşıyır. “Stepanakert” adının daşnak-bolşevik lideri Stepan Şaumyanla bağlılığı və onun Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar ; xalqımızın yaddaşında heç vaxt unudulmayacaq dərin iz buraxmışdır.
Azərbaycanlıların qatili olan Stepan Şaumyanın adını yenidən dövriyyəyə buraxmaq ; Azərbaycanlılara və ölkəmizin ərazi bütövlüyünə qarşı həqarətdir.
Bu baxımdan
Azərbaycanın Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlarının verdiyi sərt bəyanatlar tam əsaslı və hüquqi zəminə söykənir.
Bu hadisə göstərdi ki, Rusiya ilə Azərbaycan arasında formalaşmış "mədəni əməkdaşlıq" platforması birtərəfli maraqlara xidmət etdiyi təqdirdə davamlı ola bilməz. Azərbaycan tərəfi bu gün regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir.
Rəsmi Bakı suverenliyimizə edilən istənilən müdaxiləyə qarşı hüquqi və siyasi müdafiə haqqına sahibdir.
Düşünürük ki, əgər Moskva Azərbaycanın daxili işlərinə qarışmaq praktikasını davam etdirərsə ; Bakı hökumətinin də Rusiya ərazisindəki bəzi tarixi toponimləri onların orijinal – türk-müsəlman adları ilə təqdim etmək haqqı var.
Açıq - aydın görünür ki , bu hadisə yalnız mədəniyyət məsələsi deyil – bu, bir dövlətin digər dövlətin suveren hüquqlarına qarşı siyasi təxribatıdır.
Hesab edirik ki , Azərbaycan cəmiyyəti və siyasi rəhbərliyi bu cür təxribaylara emossiya ilə deyil ; hüquqi və siyasi mexanizmlərlə cavab verməlidir.

HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri,
Qəvami Sadıqbəyli.

Xudaferin.eu

19:56