Rusiyalı kişilərin Ukraynaya girişi qadağan ediləcək

Ukrayna yaşı 16-dan 60-a qədər olan rusiyalı kişilərin ölkəyə girişini qadağan edəcək. 

Xudaferin.eu “Ukraynskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib. 

Qadağa ölkədəki hərbi vəziyyət dövründə qüvvədə olacaq. İstisnalar dəfn üçün gələn humanitar missiyanın üzvlərinə aid ediləcək. 

“Əcnəbilərin, xüsusilə Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi məhdudlaşdırılıb. Yaşı 16-60 arasında olan Rusiya vətəndaşları kişilərin ölkəyə girişinə qadağa qoyulub”, - Dövlət Sərhəd Xidmətinin rəhbəri Pyotr Tsiqikal bildirib. 

Xatırladaq ki, noyabrın 29-da DSX əcnəbilərim Krıma girişinin qadağan edilməsi ilə bağlı qərar qəbul etmişdi.

Xudaferin.eu

16:28