Rusiyada silahlı insident: azərbaycanlı öldürüldü

Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Hüseynov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Qətli törədən törədən şəxs silahı hadisə yerinə qoyaraq qaçıb.

Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

axar.az

17:02