Rusiyada müxaliflərin kütləvi həbsi başladı

Rusiya müxalifət lideri Aleksey Navalnının bir müddət öncə elan etdiyi “O, bizim çarımız deyil” adlı etiraz aksiyası ilə əlaqədar kütləvi həbslər başlayıb. 

Xudaferin.eu bununla bağlı “Meduza” nəşrinə istinadla xəbər verir. 

Məlumatlara görə, Tambovda polis əməkdaşları Navalnının yerli qərargahının koordinatorunun köməkçisi İqor Slivini saxlayıb. 

Siyasi fəal Vsevolod Parşin mayın 5-nə planlaşdırılmış aksiya çağırışı ilə əlaqədar Ryazanda polis bölməsində saxlanılıb. 

Krasnoyarskda Navalnının yerli qərargahının üzvü Mariya Makovozova polis tərəfindən həbs olunub. 

Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində fəallar İlya Qantvarq və Viktor Çirikov da polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti olaraq “O, bizim çarımız deyil” aksiyası mayın 5-nə planlaşdırılıb. 

14:14