Rusiyada həbs olunan jurnalist Fuad Abbasovun həbsi barədə
F. Abbasovun vəkili Elman Paşayev bildirib ki, jujrnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.
Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".
Vəkil Fuad Abbasovun hal hazırda Moskva vilayətinin Korolyova şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olduğunu söyləyib: "Fuad izolyatorda deyil, miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. Özü ilə danışmışam. Vəziyyəti yaxşıdır. Onun tez bir zamanda oradan çıxarılması və Azərbaycana göndərilməsi ilə məşğuluq".
Rusiyada həbs olunan jurnalist Fuad Abbasovun həbsi barədə
16:15
Digər xəbərlər