RUSİYADA ARTAN GƏRGİNLİK -- QLOBAL TƏHLÜKƏYƏ ÇEVRİLİR .....

Son günlər sosial şəbəkələrdə və mediada Rusiyada, xüsusilə də Moskva və digər iri şəhərlərdə müsəlmanlarla rus əhalisi arasında qarşıdurmaların artdığına dair məlumatlar yayılır.
İlk baxışda lokal səviyyəli insidentlər kimi görünən bu hadisələr ; əslində ölkə daxilində dərinləşən sosial, etnik və dini böhranı üzə çıxarır.
--- Rəsmi statistikaya görə, Rusiyada 20 milyondan artıq müsəlman yaşayır. Moskvanın özündə isə müsəlman əhalisinin sayı 3 milyona yaxınlaşır. Onların arasında azərbaycanlılar (təxminən 1,4 milyon), tatarlar, başqırdlar, çeçenlər, dağlı xalqlar və Orta Asiyadan gələn miqrantlar üstünlük təşkil edir. Bu, faktiki olaraq paytaxtın sosial strukturunu dəyişən demoqrafik reallıqdır.
--- Rusiyanın imperiya siyasəti ; əsrlər boyu müsəlman xalqları təzyiq altında saxlamaq olmuşdur.
Sovet dövründə də bu münasibət dəyişmədi ; yalnız ideoloji pərdə arxasında gizlədildi.
Son illərdə isə rus millətçilərinin, xüsusilə də ifrat sağ qüvvələrin mövqeyi daha da sərtləşib. 2023–2024-cü illərdə Moskva, Sankt-Peterburq və Nijni Novqorodda miqrantlara qarşı hücumların intensivləşməsi ; onlarla ölüm faktının qeydə alınması -- vəziyyətin gərginliyini göstərir.
--- Kreml bir tərəfdən ucuz işçi qüvvəsinə ehtiyac duyduğu üçün Orta Asiya və Qafqazdan gələn miqrantları ölkəyə buraxır ; digər tərəfdən isə onların sosial adaptasiyası və hüquqi statusu ilə bağlı ciddi problemləri həll etmir.
Bu, həm rus əhalisinin narazılığını artırır ; həm də müsəlman icmalarında diskriminasiya və ədalətsizlik hissini gücləndirir.
Müşahidələr göstərir ki, Rusiyada hadisələr aşağıdakı ssenarilər üzrə inkişaf edə bilər :
1.) Lokal qarşıdurmalardan genişmiqyaslı toqquşmalara keçid baş verə bilər. Hazırkı vəziyyətin davam etməsi fonunda icmalar arasında mütəşəkkil qarşıdurmalar qaçılmaz görünür.
2.) Rusiyada baş verə biləcək ən böyük daxili təhlükə --- etnik-dini qarşıdurma zəminində vətəndaş müharibəsi təhlükəsidir.
Bu, imperiyanın zəifləməsini sürətləndirəcək.
3.) Rusiyada müsəlmanların kütləvi ayaqlanması ; regionda geosiyasi balansı dəyişə bilər. Çünki bu qüvvələr təkcə sosial üsyan deyil ; həm də siyasi alternativ yaratmaq potensialına malikdirlər.
Rusiyada milyonlarla azərbaycanlının yaşaması ; məsələyə xüsusi həssaslıq qatır. Onların təhlükəsizliyi və hüquqları Azərbaycan dövləti üçün prioritet mövzuya çevrilə bilər. Əgər qarşıdurmalar kəskin xarakter alsa ; bu, həm də Bakının Moskva ilə münasibətlərinə təsir göstərəcək.
Hadisələrin bu istiqamətdə inkişaf etməsi göstərir ki :
-- yaxın perspektivdə miqrant-müsəlman amili ; Rusiya dövləti üçün ən böyük təhlükə olaraq qalacaq.
Ukrayna ilə , əslində isə "Kolkektiv Qərblə" müharibə şəraitində olan Kreml --- həm xarici cəbhədə ; həm də daxildə eyni vaxtda çoxsaylı risklərlə üzləşir.
Əgər hakimiyyət radikal rus millətçilərinin təzyiqi altında hərəkət etsə ; bu, müsəlman icmalarını üsyana sürükləyəcək.
Adaptasiya və inteqrasiya siyasəti gücləndirilməsə ; vətəndaş müharibəsi ehtimalı daha da real görünür.

Qəvami Sadıqbəyli. Azərbaycan.

Xudaferin.eu

09:13