Rusiya və Çin nüvə müharibəsinə hazırlaşır?

Rusiya-Çin birgə təlimlərində nüvə müharibəsinə hazırlıq elementləri yer alacaq.

Xudaferin.eu xəbər verir ki, bu barədə “The Washington Free Beacon” nəşri amerikalı yüksək rütbəli hərbçilərə istinadən məlumat yayıb. 

Məqalədə qeyd olunur ki, ABŞ üçün iki ən böyük təhlükə Rusiya və Çindən gəlir. Eyni zamanda bu iki ölkənin mümkün nüvə müharibəsinə addımlarını necə korrektə edəcəyinin sual altında olduğu vurğulanır. Çünki onların nüvə strategiyaları bir-birindən çox fərqlənir. 

Çin Rusiyada keçiriləcək “Şərq-2018” adlı təlimlərə 3,2 min hərbçi, 900 ədəd hərbi texnika və 30 təyyarə göndərməyi planlaşdırır.

Təlimlərin detalları açıqlanmır. 

Xudaferin.eu

10:28