Rusiya və Azərbaycan Xəzərlə bağlı razılaşma imzalayacaq

Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, baş nazir Dmitri Medvedevin müvafiq sərəncamında bununla bağlı danışıqlar aparmaq və saziş imzalamaq tapşırılıb.

“Rusiya Nəqliyyat Nazirliyinə Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq və razılaşmalar əsasında sazişlər bağlamaq tapşırılsın”, - sənəddə deyilir.

Təqdimat qeydinə əsasən, gələcək razılaşmaların məqsədi Xəzər dənizi regionunun inkişaf etmiş infrastrukturlu və beynəlxalq daşınmalarda yüksək səviyyəli qarşılıqlı əlaqəli böyük beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi formalaşdırılması və inkişaf etdirilməsidir.

Xudaferin.eu

15:20