Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar bir sıra tədbirlər hazırlayıblar

Rusiya Ukrayna məsələsinin diplomatik yolla həllinə kömək göstərməyə hazırlığını ifadə edən hər kəsə minnətdarlığını bildirir.
Xudsferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bəyan edib.
O deyib: “Biz ölkələrin təklif etdiyi köməkdən heç vaxt imtina etməmişik. İndi bütün konstruktiv təklifləri nəzərdən keçiririk. Faydalı, səmərəli, hansısa nəticələrə gətirə biləcək təşəbbüslərə cavab veririk”.
Mariya Zaxarova, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlər 30 il bundan əvvəl – 1992-ci il aprelin 4-də qurulub.
Diplomat deyib: “Əlbəttə, bizim münasibətlərin, xalqlarımız arasında münasibətlərin tarixi dərin köklərə malikdir. Bunun formal tərəfi də var. Söhbət diplomatik münasibətlərdən gedir. Bu münasibətlərin 30 yaşı var və bu yubiley tarixinə biz azərbaycanlı dostlarımızla birgə bir sıra əlamətdar tədbirlər hazırlamışıq”.
Onun sözlərinə görə, buraya həm rəsmi təbrik məktublarının mübadiləsi, həm də müxtəlif səviyyədə görüşlər aiddir. Mədəni-humanitar əməkdaşlığın inkişafına xüsusi diqqət ayrılır. Rusiyada Azərbaycan Günləri çərçivəsində sərgilərə, konsertlərə start verilib. Rusiyanın Mədəniyyət Nazirliyi Azərbaycanda da bir sıra tədbirlər hazırlayır.
M.Zaxarova deyib: “Diplomatik münasibətlərin qurulmasının 30 illiyinin Moskvada fevralın 22-də Rusiya və Azərbaycan prezidentləri tərəfindən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması fonunda qeyd olunması simvolikdir. Bu sənəd ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən ticari-iqtisadi, hərbi-siyasi, mədəni-humanitar sahələrdə bundan sonra da möhkəmlənməsi üçün yeni imkanlar açır”.

Fəridə Abdullayeva

Xudaferin.eu

23:09