RUSİYA-UKRAYNA MÜHARİBƏSİ YENİDƏN ŞİDDƏTLƏNDİ ...

Donald Tramp ABŞ-da hakimiyyətə gəldiyi ilk gündən Rusiya-Ukrayna müharibəsini qısa zamanda dayandırmağa çalışacağını bütün dünyaya bəyan etmişdi.
Etiraf olunmalıdır ki, Tramp həqiqətən bu isiqamətdə xeyli təşəbbüs göstərdi.
-- Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdü.
-- Avropa Birliyi Liderləri ilə bu mövzunu müzakirə etdi.
-- Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna nümayəndələrinin görüşünü təşkil etdi.
-- Rusiya prezidenti Vladimir Putinlə telefonla şəxsən danışıqlar apardı və s.
ABŞ-la yanaşı Türkiyə siyasi rəhbərliyi də müharibənin dayaysndırılması üçün Rusiya və Ukrayna tərəfinə dəfələrlə vasitəçilik təklifi etdilər. Hətda Rusiya və Ukrayna nümayəndələri ilə İstanbulda aparılan danışıqlardan sonra yüzlərlə əsir mübadiləsi baş tutdu.
Lakin Putin, Trampın və Ərfoğanın irəli sürdüyü sülh danışıqlarına ciddi yanaşmadı.
Putin müharibəni uzatmaqla düşünürdü ki, daha çox Ukrayna ərazisi ələ keçirəcək ; Sülh danışıqlarında daha güclü mövqe ilə çıxış edəcək və daha çox şərtlər irəli sürə biləcək...
Lakin Putin unutdu ki, Qərb və Ukrayna da boş oturmayacaq.
Öz torpaqlarını qoruyan Ukrayna Ordusu Qərbin dəstəyi ilə güclənə və üstün mövqe əldə edə bilər.
Son günlər baş verən hadisələr göstərdi ki , həqiqətən müharibələrin gedişatında hər an vəziyyət dəyişə bilər.
Son məlumatlara görə mayın 31 və iyunun 1-də Ukrayna ordusu Rusiyada çox güclü və dağıdıcı əməliyyat həyata keşirib.
Ukrayna ordusu kütləvi dron dəsdəsi ilə Rusiyanın müxtəlif bölgələrinə hücum edib.
Rusiyanın beş böyük hərbi hava bazası və 40-dən çox bahalı qırıcı -- strateji bombardman, kəşfiyyat təyyarələri məhv edilib.
Murmanskdan tutmuş İrkutska kimi, Ukraynadan 5000 km aralıda yerləşən hərbi baza aerodromları kütləvi surətdə dronlarla hədəfə alınıb.
Məlumatlara görə Ukrayna son hücumları ilə rusların nüvə silahı daşıya bilən 40-dan artıq ; yəni təxminən 30 % dən çox hərbi təyyarəsini məhv edib.
Rusiyanın nüvə obyektləri və nüvə fəaliyyətləri ilə bağlı 2 milyondan artıq sənəd ələ keçirilib.
Baş verən hadisələr göstərir ki , QƏRB Rusiyanın nüvə potensialını məhv etməyə qərar verib. Bu hücumlardan sonra Rusiya rəhbərliyi şoka düşüb.
Bundan əlavə Ukrayna döyüş bölgəsində də Rusiya ordu hissələrinə sərt və gözlənilməz zərbələr endirib.
Proseslərin gedişi göstərir ki, müharibənin dayandırılması təklifinə əməl etməyən Moskva ;
ABŞ və Avropa tərəfindən Ukraynanın əli ilə cəzalandırılır. Bununla da Putinə deyilir ki,
müharibəni uzatmaq Rusiyaya baha başa gələcək.

Qəvami Sadıqbəyli.

Xudaferin.eu

09:50