Rusiya Suriyanı bombalayıb: 44 ölü

Rusiya hərbi hava qüvvələrinin İdlib vilayətinin Zərdan yaşayış məntəqəsinə endirdiyi aviazərbələr nəticəsində 44 nəfər həlak olub.

Xudaferin.eu “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə qrupu (SOHR) məlumat yayıb.

İyunun 7-də qeydə alınan hava zərbələri nəticəsində ölənlərdən 11-i qadın, altısı uşaqdır.

Yaralı sayının 60 olduğu deyilir.  Rusiyanın müdafiə nazirliyi xəbəri təkzib edərək ölkənin hərbi təyyarələrinin həmin bölgədə heç bir  hava reydində iştirak etmədiyini bildirib.

Qeyd edək ki, sözügedən bölgədə “Cəbhət ən-Nüsrə” terrorçu qruplaşması ilə “Ceyş əl-Əhrar” müxalif qüvvələri arasında şiddətli döyüşlər gedir.

Xudaferin.eu

13:04