Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin təbrikində ölkəmizin sosial-iqtisadi inkişafda qazandığı uğurların hamı tərəfindən qəbul edildiyi, Azərbaycanın dünya arenasında haqlı nüfuz qazandığı, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynadığı vurğulanır.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinin məmnunluqla qeyd edildiyi məktubda deyilir: “Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”.

Xudaferin.eu

16:32