Rusiya müdafiə nazirinin müavini Yerevana gəldi

Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana səfər edib.

Xudaferin.eu xəbər verir ki, A.Fomin Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla danışıqlar aparıb. 

“Görüş zamanı iki ölkə arasında siyasi və hərbi münasibətlərin daha da dərinləşməsinin zəruriliyi vurğulanıb. Tərəflər həmçinin Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyətinə də toxunublar”, - Ermənistan Müdafiə nazirliyinin məlumatında deyilir.

Səfər çərçivəsində Aleksandr Fomin Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakyanla da görüşəcək.

Xudaferin.eu

12:06