Rusiya, İran və Türkiyə anlaşa bilmədilər

Rusiya, İran və Türkiyə İdlib məsələsi ilə bağlı anlaşa bilməyiblər.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Deutsche welle” yazır.

Bildirilir ki, Tehran sammitinin yekun bəyannaməsində  konkret addımlar barədə heç nə deyilmir. Sənəddə yalnız mülki əhalinin qorunmasının vacibliyi vurğulanır, həmçinin Ən-Nusra qruplaşmasına və İŞİD-ə qarşı hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyi qeyd olunur.   

DPA agentliyi isə PutinƏrdoğan və Ruhaninin sammitdə bəyanatlarını analiz edərək belə nəticəyə gəlir ki, üç ölkə İdlibdəki durumla bağlı mövqelərini yaxınlaşdıra bilməyib.  Belə ki, Ərdoğan yekun bəyannaməyə atəşkəs haqqında müddəanın daxil edilməsinə çalışırdı, Rusiya ilə İran isə terrorçulara qarşı hərbi əməliyyatların davam etdirilməsiə təkid edirdilər.

Qeyd edək ki, Suriya ordusu İdlib əyalətində irəliləməyi planlaşdırır. 

Xudaferin.eu

15:43