Rusiya Federasiyası qızılın tədarükünə görə dünya lideri oldu

Bu ilin birinci rübündə Rusiya qızıl tədarükünə görə dünya lideri olub. Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl İttifaqının dərc etdiyi hesabatda qeyd olunub.

Analitiklərin fikrincə, dünyanın mərkəzi bankları tərəfindən qızılın alınması üzrə 2019-cu ilin əvvəlində altıillik rekord göstərərək 145,5 ton qiymətli metal əldə ediblər. Bu, 2018-ci ilin birinci rübü ilə müqayisədə 68% çoxdur.

Hesabat dövründə Rusiya Mərkəzi Bankı 55,3 ton qızıl tədarük edib və ehtiyatlarının 2 168,3 tona çatdırıb. Dünya Qızıl İttifaqının nümayəndələri hesab edirlər ki, bununla tənzimləyici rublun xarici valyutalardan asılılığını və əlverişsiz siyasi faktorları azaltmağa çalışır.

Rusiya ilə yanaşı, Ekvador, Türkiyə, Qazaxıstan, Qətər və Kolumbiya mərkəzi bankları ən aktiv "alıcılar" siyahısında, Özbəkistan, Tacikistan və Monqolustan isə satış üzrə lider olublar.

Qeyd edək ki, 2018-ci ildə Rusiya Mərkəzi Bankı rekord həcmdə – 273,7 ton qızıl tədarük edərək ehtiyatlarını 2,1 min tona çatdırıb. İlin sonunda sözügedən ehtiyatların dəyəri 86,9 mlrd. ABŞ dolları təşkil edib.

 

xudaferin.eu

14:49