Rusiya faşizminin 50 metrlik üzü açıldı: Qarabağda ucaldılan rus bayrağı bizə nə deyir?

Qarabağdakı rusiyalı sülhməramlılar Rusiya Federasiyasının Dövlət Bayrağı Gününü təntənəli şəkildə qeyd ediblər. Onlar 50 metrə çatan Rusiya bayrağı ilə aksiya keçiriblər.

Xocalı aeroportunda baş tutan bu aksiya Azərbaycana qarşı növbəti təxribat və güc nümayişidir. Xocalı soyqırımının bir başa iştirakçısı olan Rusiyanın bu addımına siyasi-hərbi qiymət verilməlidir.

Bu məlumatı RF Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Xatırladaq ki, Rusiya Federasiyasının Dövlət Bayrağı Günü hər il 22 avqustda Rusiyada qeyd olunur. Rusiya Federasiyası Prezidentinin 20 avqust 1994 -cü il tarixli «Rusiya Federasiyasının Dövlət Bayrağı Günü haqqında» fərmanı əsasında müəyyən olunub.

1991 -ci ilin bu günündə RSFSR Ali Soveti «RSFSR Dövlət Bayrağının rəsmi tanınması və istifadəsi haqqında» qərar qəbul edərək, bu qərar Rusiya Federasiyasının yeni dövlət rəmzlərinin xüsusi qanunu ilə təsis edilməzdən əvvəl, Rusiyanın tarixi bayrağını — bərabər üfüqi zolaqlı ağ, mavi, qırmızı rənglərdən ibarət olan bayrağı — Rusiya Federasiyasının milli bayrağı elan etdi. Bunun bizim ölkəyə nə dəxli var?..

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri Xaqani Ədəboğlu bildirdi ki, Rusiyanın bayraq günü niyə Azərbaycanda qeyd edilməlidir ki? Rusiyanın daxilindəki xaos artıq onun regiona pərçimlədiyi missiyası bəlli olmayan başı pozuq hərbi dəstələrə də sirayət edib. Biri Siranuşun abtafasını doldurur, biri Arakellə araq çəkir, biri su daşıyır, biri erməninin itinə yal bişirir, biri Haykanuşla yatıb dəri-zöhrəvi xəstəliklərə yoluxur, biri araqdan vurub mövqelərimizin kordinatlarını ermənilərlə birlikdə atəşə tutur, biri ölkə ərazisində yerləşən qanunsuz terrorçu erməni hərbi dəstələrini silahla və ərzaqla təmin edir və bunların komandiri Rus-TAM isə Arayiklə «eşqbazlıq» edir. Amma bu dəfə Rusiya bayrağının suveren Azərbaycan ərazisində bu həyasızlıqla asılması bir təxribatdır və işğalın rəsmiləşdirilməsi deməkdir. Özünü azərbaycanlı sayan və ölkənin suverenliyini istəyən hər kəs bu rus mujikinin inadkarlığına qarşı ayağa qalxmalıdır. Hanı Jirinovskinin yetimçələri? Niyə səsləri çıxmır?

X. Ədəboğlu qeyd etdi ki, «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» Qanun var və bu Qanunun müddəalarına görə hansısa işğalçı və təxribatçı başıpozuq hərbi birləşmənin bayraq qaldırması haqqında heç bir müddəa yoxdur. Qanunun 4-cü maddəsində göstərilir: «Bu qanunda, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının Azərbaycan Respublikasında qaldırılması və ya yerləşdirilməsi qadağandır».

Müəyyən olunmuş yerlər isə bunlardır: Xarici dövlətlərin diplomatik  nümayəndəliklərinin və  konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, xarici dövlətin və ya beynəlxalq təşkilatın  yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə; xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanlarında dayanarkən həmin gəmilərdə.

Qanunlarımıza dəfələrlə hörmətsizlik edən bu başıpozuq dəstələrin qanunsuz əməllərinə son qoyulmalıdır və elə bu Qanunun 5-ci maddəsində deyildiyi kimi, qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilməlidirlər. Azərbaycan Ordusu öz missiyasını yerinə yetirməlidir. Ölkə ərazisində Xocalı, Xocavənd, Xankəndi və Ağdərədə RF bayraqları məhdudlaşdırılmalıdır. Bizim torpaqlarda: O BAYRAQLAR ENMƏLİDİR!

İVAN, İDİ DOMOY!

Elnur Səlim

Xudaferin.eu

22:40