Rusiya Azərbaycan teleməkanını nəzarətə alır

50 milyonluq reklam gəliri uğrunda savaş

İnformasiya mənbələrindən bəlli olduğu kimi Azərbaycanda telekanallar, kabel operatorları və reklam agentlikləri assosiasiyalarının yaradılması gözlənilir. Azərbaycan televiziya mühitində son zamanlar qeyri-sabitliyin baş verdiyi və kiminsə xaos yaratdığı barəsində dəfələrlə yazmışıq. Lakin, nəhayət ki,cəmiyyət baş verənlərin mahiyyətini başa düşəcək. Vəziyyəti qızışdıraraq qaynama hədinə çatan qüvvə vütün Azərbaycan televiziyasını öz nəzarəti altına götürmək, bütün yumurtaları bir cibə - özünün sevimli cibinə yığmaq istəyir. Qeyri-rəsmi informasiyaya görə, televiziyada reklamdan gələn maliyyə vəsaiti 50 milyon manat civarındadır və reklamdan gələn maliyyə axınına tam nəzarət eləmək üçün həm də, telereklamdan eksklüziv xəbərdar olmaq imkanı olan reklam agentliklərinə sahib olmaq lazımdır və çox güman ki, ölkədə belə agentliklərin sayı 3-4 ədədən çox olmayacaq. Başqa sözlə deyilsə, televiziyanın bütün müstəqil maliyyələşdirmə mənbələri bir əldə toplanacaq və bu isə çox təhlükəli tendensiyadır və fəsadları çox ağır ola bilər.

Ondan başlayaq ki, Azərbaycan jurnalistikası özünün ən ağır dövrünü yaşayır. Burada ən böyük problem odur ki, Azərbaycan televiziyası demək olar ki, Azərbaycan auditoriyasını itirib. Televiziya bu gün ənənəvi olaraq başlıca informasiya mənbəyi və KİV-in ən nüfuzlu və gəlirli orqanı olaraq qalır. Heç kimə sirr deyil ki, Azərbaycan auditoriyasının əksəriyyəti Rusiya və Türkiyə kanallarına köklənib. Problem ondadır ki, Azərbaycan telejurnalistikası krestiv ideyalar böhranı və səhih informasiyanın yoxluğu içərisindədir. Bu tendensiyaya müqavimət qalası olan və auditoriyasını itirməmiş axırıncı telekanal ANS idi. Bu telekanalın bağlanmasından sonra Azərbaycan telekanallarının hamısı bir rəngə - boza boyandı. Azərbaycan televiziya məkanının aztvləşdirilməsi prosesi Azərbaycan auditoriyasının bütün Azərbaycan televerilişlərindən imtina eləməsinə gətirib çıxardı. Bununla da biz özümüz cəmiyyəti Rusiyadan olan Solovyev, Kisilyov və Rusiya, Türkiyə və başqa ölkələrdən olan digər təbliğatçıların qarşısında “oturdub” onlara baxmağa vadar elədik. Azərbaycan auditoriyasının təqaüdçülər üçün kəmağıllı verilişlərə baxmaqdan yorulmasında kim günahkardır? Jurnalistlər, yuxarıdan kim isə? İndi, bütün KİV öz sponsorları tərəfindən maliyyələşdirmənin yoxluğunun təzyiqi altındadır. Bu ideyanın təşəbbüskarları kabel televiziyalarının operatorlarını, çoxmilyonlu istehlak bazarını da öz nəzarətləri altına almağa çalışırlar. Ümumiyyətlə demək lazımdır ki, kabel operatorları sahəsi – müəyyən rəqabət mühiti qalmış azsaylı sahələrdəndir. İndi isə onların hamısının bir dam altına daxil edilməsinin nəticələri belə olacaq:

a) hamısının qiymət siyasəti eyni olacaq;

b) təklif edilən xidmətlərin kefiyyəti aşağı düşəcək;

c) proseslə razılaşmayanlar bazarı tərk edəcəklər;

ç) bu şirkətlərin pullarının hamısı bir cibə axacaq.

Ağıllıdırlar, elə deyilmi? Əvvəlcə narazı teleşirkətlər yığışdırılır, sonra bütün teleşirkətlər birləşdirilir, sonra onlara 3-4 reklam agentliyi simasında vahid nəzarət məntəqəsi qoyulur, əlavə olaraq da çoxmilyonlu istehlakçı bazası olan kabel televiziyası da ələ keçirilir.

Lakin bütün bəlalar bununla bitmir, yalnız başlanır. Azərbaycanda uzun müddətdir ki, Amerikanın AGB şirkəti fəaliyyət göstərir, o, bu gün televiziyada monitorinq keçirmək və bu və ya digər verilişlərin reytinqlərinin müəyyənləşdirilməsi üzrə dünya lideridir. İndi bu kampaniyanın ağır günləri başlanır, onu Rusiyanın TNS teleşirkəti vasitəsilə sıxışdırırlar.

Azərbaycanın bu istiqamətdə özünün texnologiyasının və keyfiyyətli mütəxəssislərinin niyə olmaması isə ayrıca müzakirə mövzusudur. Hər halda, Azərbaycan KİV və xüsusilə də televiziyasının monitorinqi – Rusiya teleşirkətinin əlində olacaq. Burada ədalətli sual yarana bilər: Rusiya şirkəti Amerika şirkətindən niyə pisdir ki, üstəlik, yəqin ki, o daha ucuz olacaq?! Cavab sadədir, Azərbaycan KİV-lərini monitorinqdən keçirən Rusiyanın müəyyən stukturları KİV-də nələrin baş verdiyi barəsində tam təsəvvürə malik olacaq və buna əsaslanaraq, informasiya məkanında özünün, Azərbaycanı hədəfə alan, ola bilsin ki, yumşaq və maskanlanmış siyasətini yeridəcək. Halbuki, onsuz da bu siyasət gizli formada tam gücü ilə yürüdülür. Beləliklə, Azərbaycanda müəyyən qüvvələr bütün televiziyalara nəzarəti öz əllərinə keçirməyə çalışırlar, bununla da televiziyalarının Rusiya şirkətinin monitorinqini aparacağı bütün ideoloji və maliyyə sferalarını öz əllərində cəmləyəcəklər. TV və onun maliyyəsi kimi güclü faktorun bir əldə cəmlənməsi həm ölkədə, həm daxili siyasətdə, həm də onun hüdudlarından kənarda qüvvələr arasında böyük disbalansa, tarazlığın pozulmasına gətirəcək. Pratiki olaraq, Azərbaycan cəmiyyəti və TV-lərə pul xərcləyən reklamverənlər informasiyanı qrammofondan almış olacaq ki, bu da həm ölkə, həm də ictimai şüur üçün çox təhlükəlidir.

Muxalifet.az

 

09:47