Rusiya ABŞ-ın kosmosun militaristləşdirilməsi planına adekvat cavab verəcəyini bildirib

Rusiya ABŞ-ın kosmosun militaristləşdirilməsi planına adekvat cavab verəcəyini bildirib.

Xudaferin.eu RT telekanalına istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəisi Valeri Gerasimov bəyan edib ki, Moskva Vaşinqtonun kosmosun militaristləşdirilməsi addımına cavab verməyə məcbur olacaq. O deyib: “Son zamanlar Pentaqon dəfələrlə kosmosun hərbi məqsədlər üçün istifadə edilməsi niyyətini bəyan edib. Bunun üçün yeni qoşun növü – kosmik qoşun formalaşdırılır və bu da kosmik fəzanın militaristləşdirilməsi ilə nəticələnəcək”.

Gerasimov əlavə edib ki, Vaşinqtonun bu addımı hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə gətirib çıxaracaq. Belə olan halda, Rusiya adekvat və asimmetrik tədbirlərə əl atmalı olacaq.

Xudaferin.eu
 

17:02