Rus politoloqun etirazı: “Rusiyada separatçıların “Artsax Frut” məhsullarının satışı yasaqlansın!”

 

 “Artsax Frut” – Azərbaycanın ərazi bütövlüyünün və dövlətçiliyinin dayaqlarının altını qazıyan addır”.

“Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan diasporu nümayəndələri indiyə qədər onlara qarşı sistemli şəkildə təşkil edilmiş provokasiyaya reaksiya verməyiblər”.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərini daşıyan vasitələrin idxalı barəsində şikayət edə bilərlər”.

Rusiyalı politoloq Denis Korkodinov “feysbuk” səhifəsində Azərbaycanın işğal altındakı torpaqlarını talan edən erməni separatçılarının “Artsax Frut” ticarət markası altında qida məhsulları seriyasının Rusiyada fəal şəkildə yayılmasına etirazını bildirib: “Artsax Frut” məhsulları Rusiyada qadağan edilsin. Artsax Frut” markası altında olan ərzaq məhsulları seriyası Rusiyada fəal şəkildə yayılmaqdadır. Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Novosibirsk, Tomsk, Açinsk və bir sıra başqa Rusiya şəhərlərində bu məhsulun kommersiya satışı məntəqələri mövcuddur. Bu ticarət markasının adı millətlər arasındakı ədavəti qızışdırır və Dağlıq Qarabağ ərazisində qurulmuş separatçı rejimin populyarlaşdırılmasına xidmət edir. Bununla belə, Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan diasporu nümayəndələri indiyə qədər onlara qarşı sistemli şəkildə təşkil edilmiş provokasiyaya reaksiya verməyiblər.

“Artsax Frut” – Azərbaycanın ərazi bütövlüyünün və dövlətçiliyinin dayaqlarının altını qazıyan addır.

 

Denis Korkodinov statusa yazdığı şərhdə isə etrazının qanuni əsaslarını izah edib: “Bu məhsulun idxalının qadağan edilməsi üçün Rusiyanın Ticarət-Sənaye Palatasına rəsmi müraciət etmək zəruridir. Bundan savayı, Rusiya hüquq-mühafizə orqanlarına müraciət edərək, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərini daşıyan vasitələrin idxalı barəsində şikayət edə bilərlər”.

Politoloqun nümunə gətidyi fotoda fevralın 20-də qondarma “referendum” keçirərək adını dəyişib “Artsax” etmiş qondarma "Dağlıq Qarabağ Respublikasının" separatçı rejiminin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında meydan sulayan, qanla suvarılmış ərazilərimizin bərəkətindən pul qazanan erməni separatçılarının “Artsax Meyvələri” ticarət markası altında hansı məhsulları satdıqları görünür.

Qeyd edək ki, hazırda Rusiyada yaşayan Denis Korkodinov Sumqayıtda doğulub, Rusiyada təhsil alıb və korporativ PR və kütləvi kommunikasiyalar üzrə mütəxəssisdir.

Hurriyyet.org

 

11:13