Rus politoloq:ABŞ sanksiyaları Rusiyanı dağıdacaq

ABŞ-ın yeni və güclü sanksiyaları Rusiyanın çöküşünü sürətləndirəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, ABŞ-ın Kremlə yaxın olan şəxslərə sanksiyalar tətbiq edəcəyi ehtimalı Rusiyanın bütün hakimiyyət sistemini dağıdacaq:

“Cinayətkar sxem müəyyən səssizlik olmadan və ya Qərblə əməkdaşlıq etmədən hökm sürə bilməz. Mən çirkli pulların yuyulmasına dair mübarizə ilə bağlı qanundan danışdım. Niyə o, 25 il ərzində qəbul edilməyib? İlk növbədə pullar Amerika iqtisadiyyatına yatırılırdı.

Moskva Qərblə münasibətlərin kəskinləşməsinə hər zaman hazırlıqsız olub və bu da əsas məqamdır. İndi Putin bütün qırmızı xətləri keçib. Bunu o təkcə Ukraynada yox, həm də ABŞ-dakı seçkiyə müdaxilə ilə edib”.

musavat.com

12:42