Rumınyada etiraz aksiyaları başladı

Rumınya hökuməti ötən gecə cinayət məcəlləsinə, vəzifə pozuntularının cinayət sayılmaması ilə bağlı düzəliş qəbul edib. Associated Press agentliyinin məlumatına görə, dəyişiklikdə, dövlətə 47 800 dollardan az ziyan vuran məmurlara qarşı cinayət işi açılmaması nəzərdə tutulur. Buna qarşı çıxan 10 minlərlə adam ölkə boyu etiraz aksiyalarına çıxıb. Paytaxt Buxarestdə hökumət binasının qarşısına toplaşan etirazçılar sosial-demokratları “qırmızı taun” adlandırıblar. Aksiyada 15 minədək adam iştirak edir. Milli antikorrupsiya idarəsinin rəhbəri Laura Kovesi bildirib ki, bu cür dəyişikliklə korrupsiya ilə mübarizənin heç bir əhəmiyyəti olmayacaq. Yanvarın 29-da Buxarestdə hökumətin bu addımına qarşı keçirilən etiraz aksiyasında 50 minədək adam iştirak etmişdi.

Xudaferin.eu

11:35