Rumıniya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Rumıniya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.

Xudaferin.eu xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rumıniyanın Baş naziri Viorika Dançila Türkiyə Prezidentinin müşaviri Fuad Oqtay ilə keçirilən görüşdən sonra mətbuat konfransında deyib. Baş nazir iki ölkənin mövqelərinin Aİ-də də üst-üstə düşdüyünü bildirib.

“Türkiyə Avropa İttifaqının açar ortağıdır. Rumıniya Türkiyənin təşkilata üzvlüyünü dəstəkləyir. Bu baxımdan Rumıniyanın İttifaqa rəhbərlik dövrü çox önəmlidir”, – deyə V.Dançila əlavə edib.

Xudaferin.eu

16:38