Ruhani: Sanksiyalar iranlılara təzyiq göstərəcək

İran prezidenti Həsən Ruhani Bender-Abbas neftqayırma zavodunun açılış mərasimində çıxışı zamanı bildirib ki, sanksiyalar İran xalqına təzyiq göstərəcək və çətinliklər yaradacaq. 

Xudaferin.eu bununla bağlı RİA Novosti agentliyinə istinadla xəbər verir.

Onun sözlərinə görə, İranda tarixi an yaşanır və Tehran ona qarşı təhdidlərə qarşı durmalı, onları məhv etməlidir. 

Ruhani ABŞ-ın siyasətinə də toxunaraq bildirib ki, Vaşinqtonun Kanada, Meksika, Avropa Birliyi, Asiya ölkələri kimi müttəfiqləri arasında boşluq yaranıb. 

Onun sözlərinə görə, ABŞ vətəndaşları “ananı baladan ayıran, qonşusu ilə sərhədə divar çəkən və bununla fəxr edən, eləcə də islama qarşı olan” hökumətlərində utanırlar.

ABŞ nüvə sazişindən çıxdıqdan sonra Ruhani bildirib ki, Vaşinqton Tehrana qarşı psixoloji müharibə aparır.

Xudaferin.eu

20:30