Rüfət Səfərovun müdafiəsinə daha iki vəkil qoşuldu

 

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, etiraz bəyanatı ilə vəzifəsindən istefa verən və ötən ilin sentyabrında 9 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun müdafiəsinə daha iki tanınmış vəkil qoşulub.

 

Bundan sonra Rüfət Səfərovun hüquqlarını Bəhruz Bayramovla yanaşı Yalçın İmanov və Fariz Namazlı da müdafiə edəcək. Bu barədə “Azadlıq”a Rüfət Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Bəhruz Bayramov vəkillərin bu təşəbbüsünün müdafiə işinin daha səmərəli təşkil olunmasına töhvə verəcəyini bildirib.

Azadliq.info

10:04