Rüfət Səfərovla bağlı təxribatın səbəbi aydın oldu

 

Bu barədə onun atası Eldar Sabiroğlu yazıb: “Rüfət Səfərovla bağlı təxribatın səbəbi aydın oldu. Bir az əvvəl onu karsdan çıxarıblar. O, evə zəng etdi. Nədən belə vəziyyətin yarandığını soruşduqda bildirdi ki, heç ünsiyyətdə olmadığım və tanımadığım Əjdər adlı birisi mənə yaxınlaşaraq hədə-qorxu gəlməyə başladı. Dedi ki, guya mən onun arxasınca danışaraq əfvə düşdüyünü lağa qoymuşam. Halbuki onun əfvi ilə bağlı mənim nə bir məlumatım olub, nə də barəsində hər hansı bir söz işlətməmişəm. Əjdər isə şantaja keçərək Rüfət Səfərova deyib ki, mən səninlə çoxdan haqq-hesab çəkmək istəyirdim, sən düşmənsən, vətən xainisən, hakimiyyəti istəmirsən, gör sənin başına nələr gətirəcəm, sənin yaşamağa haqqın yoxdur. Rüfət telefonda onunla mübahisəni lüzumsuz sayaraq şikayətini cəzaçəkmə müəsissəsinin rəhbərliyinin diqqətinə çatdırdıqdan sonra onu da, Rüfəti də karsa salıblar. Bir valideyn olaraq mənim narahatlığım deməli əbəs deyilmiş. Rüfətin ətrafında həqiqətən təxribatlar aparılır və heç şübhəm yoxdur ki, məhkum Əjdər özbaşına, ona sifariş verilmədən bu cür hədə-qorxular gəlsin. O, öyrədilərək Rüfətə qarşı belə münasibətdə bulunub. Oğlumun əgər başına sabah, birisigün hər hansı hadisə açılarsa, burada kimlərin məsuliyyət daşıdığı tam aydındır. Yoxsa o adam özbaşına hərəkət edərək cəsarət nümayiş etdirə bilməzdi. Mən ədliyyə nazirliyinin və penitensiar xidmətin rəhbərliyindən bu cür təqib və təzyiqlərin aradan qaldırılmasını tələb edirəm. Əgər gələcəkdə Rüfət Səfərovla əlaqədar xoşagəlməz hadisə baş verərsə bunun məsuliyyətini birbaşa onlar daşıyacaqdır.”

Azadliq.info

 

11:02