Rəssamlar İttifaqında Rəis Rəsulzadənin əsərləri sərgilənir
Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda əməkdar rəssam Rəis Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılıb. Ekspozisiyada rəssamın peyzaj və portret janrlarında olan əsərləri sərgilənib.
Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çıxış edərək rəssamın Azərbaycanda sulu boyanı yaşadan peşəkar rəssamlardan biri olduğunu qeyd edib.
“Rəis Rəsulzadə rəssamlıqdan başqa çox təvazökar və mədəni insandır. Mən onu 1960-cı illərdən, lap gənc yaşlarımdan tanıyıram. Biz bir yerdə təhsil almışıq. Həmin gündən bu günə qədər müqəddəsliyi, insanlığı, mərdliyi özündə yaşadır. Eyni zamanda, olduqca maraqlı rəssamdır. Onun nəinki Bakıda, bu yaxınlarda Türkiyədə də fərdi sərgisi açıldı. Mən qeyd etmək istəyirəm ki, bir rəssam kimi Rəis Rəsulzadənin yaratdığı əsərlər müxtəlifdir: böyükhəcmli, müxtəlif fiqurlu, kompozisiyalardan, çoxlu mənzərələrdən ibarətdir. Onun əsərləri bir-birinə nə formaca, nə rənglərinə görə bənzəmir. Rəis Rəsulzadənin sulu boylardan ibarət rəsm sərgisi açılanda mən çox sevindim ki, Azərbaycanda sulu boyanı yaşadan peşəkar rəssamımız var”,- deyə Rəssamlar İttifaqının katibi qeyd edib.
Sərginin açılışında rəssamın sənət fəaliyyəti haqqında danışılıb. Qeyd olunub ki: “Bu gün Azərbaycan mədəniyyətinin bayramı sayılacaq bir gündür. Çünki müasir Azərbaycan boyasının istedadlı nümayəndələrindən biri Rəis Rəsulzadənin fərdi rəsm sərgisinin açıldığı gündür. Bir rəssam üçün fərdi sərgisinin açılması həmişə bioqrafiyasının parlaq hadisəsidir. Həmçinin həmin sənətkarın mənsub olduğu xalqın sənət sahəsində dəyərli bir hadisədir. Bu sərginin gedişində izlədikcə müxtəlif qəhrəmanlarını görürük. Bunlar ayrı-ayrı illərdə Rəis Rəsulzadənin fırçaya aldığı rəsmlər, müxtəlif qəhrəmanlardır. Rəis Rəsulzadənin bütün yaradıcılığını göz önündə canlandıranda görürük ki, onun yaradıcılığının hamısının qəhrəmanı Azərbaycan, onun təbiəti, ruhu, varlığıdır”.
Tədbirdə çıxış edən digər natiqlər də sərgidə nümayiş edilən əsərlərin məziyyətlərindən söz açıblar. Sonda Rəis Rəsulzadə çıxış edərək sərginin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Müxtəlif mövzulu işlərin nümayiş ediləcəyi sərgi bir həftə davam edəcək.

Xudaferin.eu
09:16
Digər xəbərlər