Rəsmi Bakının Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi üçün komissiya yaradılması təklifi ərəb KİV-nin diqqət mərkəzindədir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılmasına bütün tərəflərin razılıq verməsi və rəsmi Bakının bu prosesə start verməyə hazır olması barədə fikirləri ərəb mətbuatının diqqət mərkəzində olub.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, nüfuzlu “Mubtada” “Dustur”, “Şuruğ” və “Əxbar əl Yom” qəzetləri bununla bağlı bəyanatı dərc ediblər. Materiallarda diqqətə çatdırılıb ki, azərbaycanlı nazir qarşı tərəfin də bu məsələnin ciddiliyini anlayaraq tezliklə müsbət qarşılıq verəcəyinə, yaxın aylarda bu komissiyanın formalaşacağına ümidvar olduğunu bildirib.

Yazılarda vurğulanıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn normaları və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edib.

Oqtay Bayramov

Xudaferin.eu

 

 

15:42