Rəsmi Bağdad: Kərkük neftinin Türkiyəyə nəqli üçün yeni boru kəməri tikiləcək
Kərkük neftinin Türkiyəyə daşınması üçün yeni boru kəmərinin inşa ediləcəyi açıqlanıb. Bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.
İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi şirkətlərə yeni bir neft boru kəmərinin inşası üçün sifariş veriləcəyini deyib. Beici kəndinin yaxınlarından başlayıb Fişhabur bölgəsi üzərindən Türkiyəyədək uzanacaq yeni boru kəməri köhnəlmiş Kərkük-Ceyhan kəmərini əvəz edəcək.
Xatırladaq ki, İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) keçirilən müstəqillik referendumundan sonra Kərkükdəki neft yataqlarına nəzarəti ələ keçirilməsindən sonra rəsmi Bağdadın Kərkükdən neft tədarükü dayanmışdı. İraq hökuməti və İKRR Kərkükdən neft nəqlini iki ayrı boru kəməri ilə həyata keçirməyə başlamışdı.

Xudaferin.eu
"Orta Doğu Bürosu"
10:08
Digər xəbərlər