Rəsmi Bağdad daha sərt tələb irəli sürüldü

 

İraq hökuməti qondarma “kürd muxtariyyəti”nin referendumun nəticələrinin ləğvini tələb etdi

 

İraq hökuməti qondarma “Kürdüstan” regional vilayətinin hakimiyyət orqanlarından müstəqillik haqqında referendumun nəticələrinin dondurulmasını yox, ləğv olunmasını tələb edir. Bunu oktyabrın 26-da ölkənin Baş naziri Heydər əl-Abadi Tehrana səfəri zamanı bildirib.

“Referendum İŞİD qruplaşması ilə müharibə etdiyimiz vaxt keçirilib. Biz referendumun keçirilməsinə etiraz etdik, lakin bunun bir nəticəsi olmadı. Bundan sonra yalnız referendumun nəticələrinin ləğvini və konstitusiyaya riayət olunmasını qəbul edə bilərik”, - deyə o bildirib. Bu, “kürd muxtariyyəti hökuməti”nin referendumun nəticələrini dondurmaq və dialoqa başlamaq barədə təklifindən sonra Bağdadın ilk rəsmi cavabıdır.

Xatırladaq ki, sentyabrın 25-də İraqın quzeyində qondarma “Kürdüstan” hökumətinin adına müstəqillik haqqında referendum keçirilib. Muxtariyyətin seçkilər və referendum üzrə ali komissiyasının məlumatına əsasən, səsvermədə iştirak edənlərin 92,7 faizi müstəqilliyə səs verib. İraq hökuməti öz növbəsində referendumu qanunsuz sayıb və səsvermənin nəticələri barədə regional hökumət ilə danışıqlar aparmayacaqlarını bildirib.

Oktyabrın 16-da İraqın Baş naziri Heydər əl-Əbadi qondarma “Kürdüstan” məsələsinin ümumiyyətlə mübahisəli regionlarda, o cümlədən muxtariyyətin ərazisinə daxil olmayan Kərkükdə təhlükəsizliyi və sabitliyi bərpa etmək göstərişi verib. İraq ordusu bir sutkadan da az müddət ərzində Kərkük şəhəri və onun ətrafı üzərində nəzarətə yiyələnə bilib.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

11:30