“Röyters”: Türk əsgəri İŞİD-i kor dalana dirədi, terrorçuların qaçacaq yerləri qalmadı

Türkiyə hərbçilərinin Əl-Bab şəhərinin mühasirəsi çərçivəsində İŞİD terror təşkilatından aldıqları Bizaa kəndindən ilk fotolar “Röyters” informasiya agentliyi vasitəsi ilə bütün dünyaya yayıldı. Agentliyin yaydığı şəkillərdə türk əsgəri tankın üzərində dayanıb. İŞİD əsarətindən qurtulan kəndlilər isə təhlükəsiz yerlərə doğru qaçırlar. Cənubdan irəliləyən Suriya hökuməti qüvvələrinin Əl-Babın Rakka ilə son əlaqə yolunu da kəsdikləri bildirilir. Beləliklə, İŞİD üçün həyati əhəmiyyət kəsb eləyən rayon tamamilə mühasirəyə alınmış olub.

Türkiyənin sərhəddən xaricdə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının gedişatında dünən çox mühüm bir addım atılıb. Əl-Babın şərqindəki Bizaa kəndi də İŞİD-dən geri alınıb. “Röyters” informasiya agentliyi azad edilmiş kənddə çəkilən ilk fotoları dünyaya yayıb. Şəkillərdə türk tankının üzərindəki əsgərlər və bir zirehli avtomobil görünür.  Türkiyə xüsusi təyinatlıları və Azad Suriya Ordusu qüvvələri Bizaadan cənuba və ya qərbə soğru irəliləyə bilərlər. Bu həmlələrlə Əl-Babdakı İŞİD terrorçuları tamamilə mühasirədə qalmış olacaqlar. Terror təşkilatının girov götürdükləri kəndlilər isə Bizaa alındıqdan sonra təhlükəsiz yerlətə köçməyə başlayıblar. Bəzi kəndlilərin piyada, bəzilərinin isə piyada qaçdırları görünür.

Rakkadakı terrorçuların ətraf ilə əlaqəsi kəsildi

Mərkəzi Londonda yerləşən Suriya İnsan Hüquqlarını Müdafiə Evi, cənubdakı Suriya hökumət qüvvələrinin Əl-Baba doğru irəlilədiklərini və strateji kəndin şərq ilə əlaqəsinin kəsildiyini xəbər verib. Təşkilat hava hücumları vasitəsilə dəstəklənən ordu birliklərinin və Hizbullah döyüşçülərinin ötən gecə boyunca mühüm irəliləyişlərə nail olduqlarını vurğulayır. Uvayşiyah kəndinin şimalındakı bir təpəni ələ keçirən hökumət qüvvələri, Əl-Babın Rakka ilə olan son əlaqə yolunu da başlamış oldu. Beləliklə, Əl-Bab şimal, qərb və şərqdə Türkiyə ordusu, cənubda isə Suriya qüvvələri tərəfindən mühasirəyə alınmış oldu. Dekabr başlanandan bəri mühasirədə saxlanılan Əl-Bab İŞİD üçün həyati əhəmiyyət daşıyır. Suriyanın de-fakto paytaxtı elan elədiyi Rakkada da mühasirəyə alınan terror təşkilatı, Əl-Babı bomba yüklü avtomobillər və küçə döyüşləri ilə müdafiə eləyir və Rakkadan yardım alırdı. “Röyters”in ötən həftə regiondan çəkib yaydığı şəkillərdə isə Əl-Babdakı İŞİD mövqelərinin Türkiyə reaktiv təyyarələr tərəfindən bombalandığı dəqiq şəkildə görünürdü.

Əl-Babdakı İŞİD rəhbəri Əbu Halid Ürdüni öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin bu gün səhər yaydığı açıqlamada isə son 24 saat ərzində 13 İŞİD terrorçusunun öldürüldüyü bildirildi. Açıqlamaya görə, bazar günü 256 terror hədəfinə zərbələr endirilib. Dünənki bombardman zamanı İŞİD-in Əl-Babdakı rəhbəri Əbu Halid Ürdüninin də öldürüldüyü bildirilir. Türkiyənin 2016-cı il avqustun 24-də başladığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusa gedən qüvvələr qısa müddət ərzində Azez-Cerablus xəttini İŞİD-dən təmizləyib. Cənuba doğru genişlənən əməliyyatın əsas düyününün Əl Babda açılması gözlənilir.

Hurriyyet.org

09:56