Romanın “Tor Vergata” Universitetində Azərbaycan mətbəxinin təamları təqdim edilib

Romanın “Tor Vergata” Universitetində Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı və bir qrup azərbaycanlı tələbənin təşəbbüsü ilə Azərbaycan milli mətbəxinin təamları, həmçinin ölkəmizlə bağlı kitablar və broşürlər təqdim edilib.

AZƏRTAC xəbər verir ki, universitetin ev sahibliyi ilə bir çox ölkələrin də təmsil olunduğu “International Dinner” adlı tədbirdə Azərbaycan masasını təşkil etməkdə məqsəd ölkəmizin milli mətbəxinin nümunələri və Azərbaycan həqiqətləri haqqında əcnəbi tələbələrə məlumat vermək olub.

Asiman Əsədov

AZƏRTAC



 

19:26