Rodion İsmayılovun yeni filmi Sankt-Peterburq, Kazan və Kalininqradda göstəriləcək
III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalının ən yaxşı tammetrajlı və qısametrajlı filmləri iyulun 26-dan 29-dək Sankt-Peterburq, Kazan və Kalininqrad şəhərlərində nümayiş etdiriləcək. Bu filmlər sırasında rejissor Rodion İsmayılovun “Plaskart” adlı ekran əsəri də yer alıb.
“Plaskart” filmi “Moskva-Vladivostok” qatarında təsadüfən rastlaşan sadə rusiyalıların həyat tarixçəsindən və taleyindən bəhs edir. Xronometrajı 80 dəqiqə olan ekran əsərində sərnişinlərin hekayətləri müasir Rusiya cəmiyyətinin sosial portretini əks etdirir. Film 2017-ci ildə çəkilib.
Rodion İsmayılov 1966-cı ildə Tovuz rayonunda anadan olub. Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. Sankt-Peterburqda “Deboşirfilm studiyası”nın baş direktoru, “Nezavisimoye kino” fondunun prezidenti vəzifələrində çalışıb. 2009-cu ildən “DS Film” prodüser mərkəzində rejissor və prodüserdir. “Köç”, “Mənim qohumlarım” filmlərinin müəllifidir. Xatırladaq ki, III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalı bu ilin may ayında keçirilib.

Xudaferin.eu
RF. “Moskva Bürosu”
09:36
Digər xəbərlər