Yerevan məhkəməsi 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılması işi üzrə Ermənistanın sabiq prezidenti Robert Koçaryanı həbs edib.
Xudaferin.eu xəbər verir ki, bunu jurnalistlərə Koçaryanın vəkili Aram Orbelyan deyib.
“Məhkəmə həbs qərarı verib. Başqa əlavəm yoxdur. Bütün digər məsələləri sabah mətbuat konfransında açıqlayacağıq”, - vəkil bildirib.
Koçaryanın digər vəkili – Ruben Saakyan qeyd edib ki, müdafiə etdiyi şəxsin hara aparılacağını bilmir. Saakyan qeyd edib ki, Koçaryan məhkəmənin qərarını sakit qarşılayıb.
Eks-prezident özü ona qarşı irəli sürülən ittihamları siyasi təqib kimi qiymətləndirir. Koçaryanın fikrincə, bu, onun qarşıdan gələn növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərdə iştirakına mane olmaq niyyəti daşıya bilər.
Robert Koçaryan həbs edildi

Xudaferin.eu
10:49
Digər xəbərlər