“Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti” BMT-də

Güney Azərbaycanda insane haqlarının qorunması adına yaranan “Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti” Birləşmiş Millətlər Təşkilatında (BMT) “Humanitar Böhran” növzusunda keçiriləcək foruma qatılacağı barədə Bəyanat yayıb. Milli və dini azlıqların hüquqları ilə bağlı “Humanitar Böhran” növzusunda keçiriləcək 9-cu forum, noyabrın 24 və 25-də İsverçrənin Cenevrə şəhərində BMT İnsan Haqları Şurasının ofisində baş tutacaq.

“Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti”nin yaydığı bəyanatda İranda və özəlliklə də Güney insan haqlarının kobud şəkildə pozulduğu və demokratik hüquqlarını tələb edən siyasi, ictimai, mədəni və ətraf-mühit fəallarının davamlı olaraq təzyiqə məruz qaldığı qeyd olunub.
“Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti” bir neçə ildir Cenevrədə BMT İnsan Haqları Şurası tərəfindən keçirilən tədbirlərdə iştirak edir. Cəmiyyət, Güney Azərbaycan Türklərinin hüququnun müdafiəsi, siyasi məhbusların azad edilməsi, qadın haqlarının müdafiəsi, ətraf-mühitin qorunması, ana dilində təhsil məsələsi, iqtisadi ayrı-seçkiliyə qarşı mübarizə, azərbaycanlı uşaqların problemləri və dini azlıqların hüquqlarının müdafiəsi sahəsində fəal olub, bu yöndə peşəkar səviyyəsində raportlar hazırlayıb və beynəlxalq qurumlara təqdim edib”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Xudaferin.eu

16:12