Respublika Uşaq Kitabxanası Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar müsabiqə elan edib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası böyük ədib, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsi elan edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, aprelin 15-dək davam edəcək müsabiqədə 12-16 yaş həddində olan yeniyetmələr iştirak edə bilərlər.

Bunun üçün kitabxanada qeydiyyatdan keçməli, həmçinin özləri haqqında məlumatları - adı, soyadı, atasının adı və təvəllüdü, ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonunu təqdim etməlidirlər.

Müsabiqənin qalibləri I, II, III yer olmaqla qiymətləndiriləcək.

AZƏRTAC

18:55