Reks Tillerson: ABŞ İraqın Kürdüstan regional vilayətində keçirilən referendumu tanımır

 

Amerika Birləşmiş Ştatları İraqın Kürdüstan regional vilayətində keçirilən referendumu və onun nəticələrini tanımır və bütöv İraqı dəstəkləyir. Bu barədə ABŞ dövlət katibi Reks Tillersonun bəyanatında bildirilir.

O qeyd edib ki, ABŞ referendumdan yarana biləcək mənfi nəticələrdən narahatdır. Tillerson referendumun qanuna zidd olduğunu da önə çəkib. “ABŞ bütün tərəfləri, həmçinin İraqın qonşu ölkələrini birtərəfli addımlardan və güc tətbiq etməkdən çəkinməyə çağırır”, - deyə bəyanatda qeyd olunur. Bundan əlavə, İraq, Türkiyə, İran, Azərbaycan və digər ölkələr də qondarma “Quzey İraq Kürdüstan Muxtariyyatı”nın bağımsızlığını tanımadıqları barədə qərar veriblər. Hal-hazırda bu qondarma və saxta bölgənin bağımsızlığını tək tanıyan tərəf bölücü və terrorçu “Dağlıq Qarabağ” erməni idarəetmə rejimidir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:23