Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatının müddətini açıqladı

Türkiyə ordusu təhlükəsizlik təmin olunana qədər Suriyanın Afrin şəhərində qalacaq.

Xudaferin.eu-nun “Hürriyet”ə istinadən xəbərinə görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçicilərlə görüşündə bəyan edib.

O əlavə edib ki, növbədə İdlib, Mənbic və Tel-Rifatdır.

Türkiyə prezidentinin sözlərinə əsasən, “Zeytun budağı” əməliyyatı çox gec başlayıb.

“Biz daha tez başlamalı idik. Əgər bunu vaxtında etsəydik, Kilis (Türkiyə vilayəti) belə çox hücumlara məruz qalmazdı”, - Ərdoğan izah edib.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən Suriyanın Afrin bölgəsində kürd terrorçularına qarşı əməliyyat aparır.

Xudaferin.eu

12:56