Ərdoğan ABŞ-ı yaxın müttəfiqini itirə biləcəyi ilə bağlı təhdid etdi

Türkiyə amerikalı pastor Endrü Bransonun həbsi ilə bağlı öz mövqeyini dəyişməyəcək.

Xudaferin.eu-nun Haberturk-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, ABŞ-ın təhdidlərində “psixoloji müharibə” görür: 

“Biz sanksiyalarla bağlı geri çəkilməyəcəyik. Biz Branson məsələsində mübahisə etməmişik”.

Ərdoğan həmçinin bildirib ki, ABŞ yaxın müttəfiqini itirə biləcəyini unutmamalıdır.

Daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

Xudaferin.eu

14:21