Ərdəbilli milli fəal Meysəm Colani məhkəməyə çağırıldı

 

 

 

Güney Azərbnaycanın Əhər şəhərində fars-mollakratiya  rejiminin məhkəməsi “Güney Azərbaycanlı Milli Hərəkatı”nınfəallarını məhkəməyə çağrılmaları davam edir. Bu dəfə Ərdəbili milli fəal Meysəm Colani Qaradağ mahalının Əhər şəhər məhkəməsinə çağırlıb. Meysəm Colani daha öncə “Dünya Ana Dili Günü” ilə bağlı 100 digər milli fəalla birgə tutuqlanmışdır.

Xatırladaq son bir həftədə Güney Azərbaycanın Ərdəbil, Xiyav və Əhər şəhərindən onlar “Güney Azərbaycan Milli Hərəkatı”nın fəalları Əhərdə düzənlənən fars-mollakrat  rejiminin İnqilab Məhkəməsinə çağrılıblar. Əhərdən Vahid Bəstani, Qasım Dəşti, Əkbər Əbuzadə, İbrahim Nuri, Mehdi Zəncirbulağı, Hamid Allahverdi, Əkbər Cahangiri ,Cəlal Durugəri də məhkəməyə çağrılıblar. Beytullah Bərzgər Xiyov şəhərindən və Meysəm Colani isə Ərdəbil şəhərindən eyni məhkəməyə çıxmalıdırlar.  

Adını çəkdiyimiz milli fəallara gələn çağrış vəsiqəsinə əsasən onlar “rejim əleyhində fəaliyyət”də günahlandırılırlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

10:11